Гость
Год: 2016 - Время: Пусто

Azərbaycanda homoseksual orientasiyalı insanlar üçün ilk sayt olan Gay.Az saytının yaradıcısı Ruslan Baluxinlə intervyu:

Дата| 16.03.2012(19:13)
Azərbaycanda homoseksual orientasiyalı insanlar üçün ilk sayt olan gay.az saytının yaradıcısı Ruslan Baluxinlə intervyu:
 
Homofobiya – müasir cəmiyyətin problemlərindən biridir. Bu sual bu gün yaranmayıb. Eynicinsli münasibətlər qədim Yunanıstan və Roma yazılarında da qeyd olunur.
 
Orta əsrlərdə öz favoritlərinə üstünlük verən monarxlar da məşhurdur. Yalnız müasir cəmiyyətdə eynicinsli münasibətlər geniş müzakirə olunur. Bu sosial məsələyə baxış birmənalı deyil. Çox zaman bu, cəmiyyətin tolerantlığı, dini tərkib və əhalinin məlumatlılığından asılı olur.
 
Homoseksual insanlara münasibət – Niderland, Fransa, Birləşmiş Krallıq kimi ölkələrdə eynicinsli nigahın tanınması, İran və postsovet ölkələrində isə cinayət kimi qiymətləndirilməsi qədər fərqlidir. Homoseksual orientasiyalı insanlara Azərbaycanda necə baxacaqlar, bunu vaxt göstərəcək.
 
* Ruslan, saytın yaradılması məqsədləri barədə danışın.
 
* Bu məlumat-əyləncə resursu paytaxtın LGBT – ictimaiyyəti üçündür. Yerli KİV-də bu sayt haqqında məlumat çıxdıqdan sonra mənə müxtəlif tərkibdə SMS gəlməyə başladı. Yeri gəlmişkən, birinci telekanaldan və Euronews -dan intervyu vermək üçün müraciət edildi : "Axşamınız xeyir. Sizi birinci kanal narahat edir. Biz və Euronews -dan kolleqalarımız Sizdən gay.az saytı haqqında intervyu almaq istəyirik. Sabah bizim jurnalistlər Sizinlə əlaqə saxlayacaq.”. Bir neçə dəqiqədən sonra Euronews -dan BBC və CNN -in adları çəkilən oxşar tərkibli SMS mesaj gəldi. Düşünürəm ki, belə maraq göstərilməsi Eurovision-2012 mahnı müsabiqəsi və dünya LGBT ictimaiyyətinin bu yarışmanın Bakıda keçirilməsini boykot etmək istəyi ilə bağlıdır.
 
Azərbaycanın rəsmi LGBT nümayəndələrinə gəldikdə, əgər səhv etmirəmsə, bu təşkilat 2006 – 2007 -ci illərdən fəaliyyət göstərir. Mövcud olduğu vaxt ərzində, seksual azlıqların problemlərinin həll olunması üçün heç nə etməmişdir. Təşkilatın saytı lgbt.az belə işləmir.
 
* Öz haqlarınız uğrunda mübarizədə hansı metodlardan istifadə edirsiniz?
 
* Bizim hələ müəyyən metodlarımız yoxdur. Dediyim kimi, bugün bizim əsas məqsədimiz – seksual azlıq nümayəndələrinə psixoloji yardım göstərmək və ünsiyyət qurmaqdır. Bizim sayt siyasətlə əlaqəli deyildir, buna görə də hələ ki, LGBT vətəndaşların hüquqları üçün mübarizədə dövlət səviyyəsində heç bir məqsəd qoymuruq.
 
* Sizcə, seksual azlıqlar arasında, prostitusiyanın faizinin çox olması nə ilə bağlıdır, və bu problemin həlli yolları var mı?
 
* Seksual azlıqların arasında prostitusiyanın yayılmasının səbəbləri çoxdur – bu sənət seçimində çətinlik, cəmiyyətdə qəbul olunmama, həmyaşıdlar və doğmalar tərəfindən təzyiqlər ola bilər. Bunlar, insanları "panel” -ə çıxarır. Hər növdə prostitusiya "seksual çoxluq” arasında da müşahidə olunur. Bu problemi həll etmək üçün, onu yaradan səbəbləri düzəltmək lazımdır.
 
* Sirr deyil ki, bizim ölkədə geylərə aqressiv münasibət göstərirlər. Bununla necə mübarizə aparmaq lazımdır?
 
* Bu çox ciddi problemdir, çünki neqativə və aqressiyaya bir çox faktor gətirir: mühafizəçilik, din, yetişdirmə, mentalitet və ictimai rəy. Lakin cəmiyyət tərəfindən fərqli insanların qəbul olunmamasının əsas səbəbi məlumatsızlıqdır. İnsanlar homoseksuallığın bioloji aspektləri haqda bilmirlər. Neqativi tolerantlıqla birdən dəyişmək olmur. Bu problemin həlli üçün bütöv yanaşma lazımdır. İlk növbədə məlumatlandırıcı iş görmək, insanlara LGBT vətəndaşların nəyə görə fərqləndiklərini danışmaq lazımdır.
 
* Cəmiyyətdə belə bir fikir dolaşır ki, gey-paradlar cavanlara pis numünə göstərir. Bununla nə etmək lazımdır?
 
* Bizə pretenziya çox olur. Bizim cəmiyyətin seksual azlıqları qəbul etməməyinin əsas səbəbi, homoseksuallığın ictimai normalara və dini adətlərə zidd olmasıdır. Kişilər istəmir ki, bizi qadınlar və uşaqlar görsün, valideynlər qorxur ki, uşaqları bizimlə danışaraq, bizə oxşayar. Onlar başa düşmür ki, homoseksuallığın əsası orqanizmin strukturunda olur. O, hipnotik, psixoloji və ya başqa cür yolla keçmir.
 
Heteroseksual oğlan parlaq xarici görünüşə baxaraq, gey olmaq istəyə bilməz, çünki onda orientasiyasının göstəricisi olan instinktlər var. Elmi araşdırmaların nəticələrinə əsasən, latent homoseksuallıq mövcuddur, həm də latent homoseksualların çox hissəsi LGBT vətəndaşlara qarşı aqressiya əlamətləri göstərirlər, buna görə də düşünmək üçün səbəb var...
 
* Azərbaycanda K+K ailə cütü yaratmaq mümkündürmü, vətəndaş münasibətləri formatında olsa da? Bunu gizlətmək lazım olurmu?
 Əgər vətəndaş nigahı birgə yaşamaq kimi başa düşülsə, Azərbaycanda çox homoseksual cüt yaşayır. Çoxsu homoseksual vətəndaş nigahında yaşadığını gizlədir, amma bu seksual azlıqlar arasında məlumdur. 
* Siz nə vaxtsa düşünmüsünüzmü ki, nəyisə düz etmirsiniz?
 Bu fikir çox vaxt LGBT vətəndaşlarda, orientasiyalarını və ya gender kimliklərini dərk etdikləri ilk vaxt olur. Mənəvi əsaslar və tərbiyə tərəddüd yaradır. Bəlkə də, bu təbiətin standartlarına ziddir, amma bu yol insan üçün daha yaxşıdır, nəinki insan qurulmuş çərçivələr içində qalmaq üçün özünü sındırsın, və beləliklə öz psixikasını və həyatını dağıtsın.
 
* Ruslan, belə fikir dolaşır ki, geylər – quş tüklərində, çəhrayı futbolkalarda və qızıl rəngli cins şalvarlarda gəzən kişilərdir. Bu təsvir nə dərəcədə aktualdır?
 
* Bu kütləvi yanlışlıqdır. İctimai həyatda gey heteroseksual orientasiyalı kişidən heç nə ilə fərqlənmir.
 
* Bizim ailələrdə geylərə münasibət birmənalıdır ki, onlar olmamalıdır.
 
* Gec və ya tez, ailə bununla barışmalı olur. Bu ailənin bütün üzvləri üçün ağrılı prosesdir, xüsusilə bu xəbəri öyrənən zaman. İnsanlar geylərə nə qədər tolerant olsa da, öz evlərində gey olması ailədə tragediya kimi qəbul edilir. Transseksualın doğmalarının, onun haqqında bu məlumatı öyrəndikdən sonra onda heç nə dəyişmədiyini başa düşməsi üçün bəzən çox vaxt lazım olur.
 
* Siz Azərbaycanın gey-hərəkatının gələcəyində nə görürsünüz? Sizcə, hansı dəyişikliklər realdır?
 
* Mən əminəm ki, axırda orientasiyasına görə fərq qoyulmayacaq vaxt gələcək. Buna nə qədər vaxt lazım olacağını demək çətindir, onillik yoxsa yüzillik, amma bu, bizdən asılıdır.
 
Qeyd etmək istəyirəm ki, homofobiya insan haqlarının pozulması demək deyil. Seksual azlıqlara münasibət hərənin öz işidir. Amma, cəmiyyətdə belə fikirlər seksual azlıqlara qarşı diskriminasiyanın əsas səbəbi olur və aqressiya səbəbkarı olur.
 
Seksual azlıqlara qarşı diskriminasiya ilə mübarizə maarifləndirici işlərlə aparılmalıdır. Belə ictimai danışığa şərait yaratmaq – LGBT vətəndaşların problemləri ilə məşğul olan təşkilatların işidir.


Gay.Az
Həmid Teo
Поделиться новостью:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 151 2 »
Freeman 88812.03.2017 15:58 Спам
Gey deyilem 0  
Freeman 88812.03.2017 15:56 Спам
Can saqliqi hecbiwey 0  
NiKo_NiKo8303.03.2017 20:21 Спам
Kim var burds 0  
NiKo_NiKo8303.03.2017 20:18 Спам
Salam 0  
Aktiv gey02.03.2017 14:51 Спам
hesenhesen 0  
Vusal01.03.2017 21:06 Спам
Salam 0  
konneri28.02.2017 10:37 Спам
Salamlar 0  
Kenan Sefer24.02.2017 22:17 Спам
Biz bize besik )) 0  
gey tuklu19.02.2017 01:27 Спам
Salam 0  
gey tuklu15.02.2017 00:52 Спам
Salam 0  
1-10 11-15
Имя *:
Email:
Код *: