Гость
Год: 2016 - Время: Пусто

Barak Obama ilk dəfə gey-nigahlara dəstək verdi

Дата| 15.05.2012(17:12)
ABŞ prezidenti eynicinsli nigahlara dəstək verdiyini bildirib.

Amerikalı lider Barak Obama prezidentlik dövrü ərzində ölkəsində gey nigahlara dəstək verən ilk ABŞ prezidenti oldu.

- Bir neçə son illər ərzində mən dostlarımla, ailəmlə, qonşularımla müzakirə etdim, öz administrasiyamın vəfalı monoqam münasibətlərdə olan və hətta birlikdə uşaq böyüdüb, tərbiyə edən üzvləri haqqında düşündüm. Belə qərara gəldim ki, fikrimi dəyişmək vaxtı gəlib: düşünürəm ki, eynicinsli cütlərin evlənməyə haqqı olmalıdır, - deyə prezident bildirdi.

Onun sözlərinə görə, qızlarının dostlarının da bəzilərinin homoseksual ailələrdə böyüdüyünü xatırlamışdır.

Hal-hazırda, Amerikanın 6-dan çox ştatında eynicinsli nigahlar qanuniləşdirilib. Digər ştatların bəzilərində, bu cür nigahların qanuniləşdirilməsinə səy göstərilməyib, bəzilərində isə vətəndaşların kifayət qədər dəstəyi olmadığından, bu səylər uğursuzlula nəticələnib.

Gay.Az
Теги: gey-nigah
Поделиться новостью:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 0
Имя *:
Email:
Код *: