Гость
Год: 2016 - Время: Пусто

Eynicinsli nikahları dəstəkləyən Fransua Olland Fransanın yeni prezidenti seçildi

Дата| 09.05.2012(01:34)
Keçən bazar günü mayın 6-sında Fransada keçirilən prezident seçkilərinin ikinci turu zamanı sosialistlərin namizədi Fransua Olland ölkənin hazırkı prezidenti Nikola Sarkoziyə qalib gəlib.
“6 mayda məni seçən fransızlar böyük dəyişikliklərə səs veriblər”, - deyə, Fransua Olland öz seçicilərinin qarşısında çıxış edib. O etiraf edib ki, onu çətin iş gözləyir və onun prioriteti ilk növbədə gənc fransız nəslinə fayda verəcək ədalətli qərarların qəbuludur. Seçkilərin qalibi ona səs verənlərə təşəkkür edib və qeyd edib ki, Nikola Sarkozinin rəhbərliyi ilə ölkədə görülən işləri qiymətləndirir. Olland söz verib ki, o, Avropa İttifaqının iqtisadi inkişafı üçün mübarizə aparacaq və çalışacaq ki, bu proses ağır büdcə qənaəti ilə müşahidə olunmasın. Beynəlxalq arenadakı planlarından danışarkən Olland söz verib ki, bütün dünyada Fransa Respublikasının əsasında dayanan dəyərləri müdafiə edəcək.

Öz seçki kompaniyasının gedişi zamanı Fransua Olland dəfələrlə bildirmişdi ki, LGBT-vətəndaşların tam hüquq bərabərliyini dəstəkləyir. O, söz vermişdi ki, prezident seçiləcəyi təqdirdə 2013-cü ilin baharına qədər Fransada eynicinsli nikahlar və eynicinsli cütlüklərin himayəyə uşaq götürməsi qanuniləşdiriləcək. Lakin Fransada iyun ayına planlaşdırılan parlament seçkilərinin nəticələrindən də çox şey asılı olacaq.

Dövlət başçısı postunda cəmi bir beşillik dövr ərzində qalan Nikola Sarkozi isə öz seçki kompaniyası zamanı bildirmişdi ki, o, eynicinsli nikahların qanuniləşdirilməsinin tərəfdarı deyil, belə ki, onun təsəvvüründə ailə kişidən, qadından və onların tərbiyə etdiyi uşaqlardan ibarətdir.


Gay.Az
Tərcümə etdi: Vüsal
Теги: Не указаны
Поделиться новостью:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 0
Имя *:
Email:
Код *: