Гость
Год: 2016 - Время: Пусто

Gürcü kanalını, eynicinsli nigahlardan danışan verilişə görə məhkəməyə veriblər

Дата| 14.04.2012(14:07)
Vəkil və hüquq doktoru Nino Nişnianidze gürcü kanalı "İmedi" -ni eynicinsli nigahlardan söhbət açan "100 Selsi
dərəcə" verilişinə görə məhkəməyə verib. Bu barədə "Vzglyad" qəzeti Tbilisdən korrespondentinə istinadən xəbər verir.

30 mart tarixində efirə gedən verilişin mövzusu, eynicinsli nigahlar və surroqat analar haqqında
olub. Nişnianidze verilişi "mənəviyyatsız davranışın
propoqandası" adlandırıb və deyib ki, o, gürcü ailəsinin adətlərinə zərər verir. "Qanuna
görə Gürcüstanda nigaha kişi ilə qadın girə bilər, bu konstitusiya
normasıdır, deməli, konstitusiya pozulmuşdur." - deyə Nişnianidze əlavə edib.

İddiaçının fikrinə görə, veriliş, Gürcüstanda eynicinsli nigahların qanuniləşdirilməsi üçün ideolojik
kampaniyanın bir hissəsidir. "Vzglyad" qəzetinin
"Asaval-dasavali" qəzetinə istinadən yazdığına görə, Nişnianidze
kanaldan, verilişə görə üzr istəməyi tələb edib və eynicinsli nigahlar haqqında digər fikirdə olan "mütəxxəssislərə" efir vaxtı verməyini istəyib.

Media.ge portalının yazdığına görə, Gürcüstanda mart ayında
Nano Kakabadze adlı hüquq müdafiəçisinin "Asaval-dasavali" qəzetində çap olunmuş müsahibəsinə görə hay-küy qopmuşdu. İntervyuda
Kakabadze "homoseksuallığın propoqandasını qadağan etməyin" tərəfində çıxış etmişdi. LGBT
Georgia Assosiasiyası Kakabadzenin və adı çəkilən qəzetin homofob ifadələrə görə üzr istəməsini tələb edib.
Gay.Az
Tərcümə etdi : Həmid Teo
Поделиться новостью:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 0
Имя *:
Email:
Код *: