Гость
Год: 2016 - Время: Пусто

Gürcüstanın baş naziri Tbilisidə gey aksiyaların iştirakçılarını müdafiə edəcək

Дата| 16.05.2013(21:51)
Gürcüstanın baş naziri Bidzina İvanişvili LGBT vətəndaşların hüquqlarını qorumağa və Tbilisidə gey yürüşünün müdafiəsini təmin etməyə söz verib.

O, jurnalistlərə bildirib ki, Gürcüstanın hüquq-müdafiə orqanları aksiya iştirakçılarını hücumlardan qoruyacaqlar.

Mayın 17-si Tbilisidə iki aksiya planlaşdırılır. LGBT cəmiyyətin üzvləri Rustaveli prospektində yürüş keçirməyə, daha sonra parlamentin keçmiş binası qarşısında aksiya keçirməyə hazırlaşır.

Bunlarla eyni zamanda, "əxlaqın qorunması” adlı aksiyanın keçirilməsi planlaşdırılır – onun iştirakçıları LGBT aksiyasına etirazlarını bildirmək istəyir.

"Gürcüstanın LGBT vətəndaşları, hər bir demokratik ölkədə olduğu kimi, bütün qrupların malik olduğu hüquqlara malikdirlər.” - İvanişvili bildirib.

Həmid Teo
Gay.Az
Поделиться новостью:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 0
Имя *:
Email:
Код *: