Гость
Год: 2016 - Время: Пусто

Hillari Klinton: Bir çox ölkələrdə sadəcə bilmirlər ki, gey-haqları nə deməkdir

Дата| 29.04.2012(00:41)
Birləşmiş Ştatların dövlət katibi vəzifəsində Hillari Klinton bir çox problemlərlə üzləşməli olub, ən böyük problemlərdən biri də bütün dünyada LGBT-haqlarının müdafiəsi məsələsi olub. Bu haqda Klinton Sirakuz Universitetinin tələbə və müəllim heyətiylə görüşündə danışıb və qeyd edib ki, “gey-haqları” anlayışının özü Afrika və Asiyanın bir çox yerlərində, ümumiyyətlə, başa düşülmür: bu yerlərdə LGBT-şəxslərə nəsə yad və “xarici” kimi baxırlar.

“Mən onu nəzərdə tuturam ki” - deyə, Klinton açıqlayır, - “[LGBT haqlarının qorunmasının vacibliyini xatırladarkən] onların ilk reaksiyası: “Bizdə belələri (gey və lezbiyanlar), ümumiyyətlə, yoxdur” olur. İkinci reaksiya: “Əgər olsaydılar belə, biz onları istəməzdik və çalışardıq ki, tez bir zamanda onlardan canımızı qurtaraq. Sizin, yəni ABŞ-ın problemi də elə bundadır: sizdə belə insanların sayı çoxdur. Ona görə də bura bizim yanımıza gəlib bizdə olmayan və bizim istəmədiyimiz insanların haqlarını müdafiə etməyimizi bizdən xahiş etməyin”.

“Bu çox mürəkkəb məsələdir, çünki burda söhbət insanların hələ də öyrəşmədiyi bir mövzudan gedir” - deyə, xarici siyasət bürosunun rəhbəri əlavə edir. Onun sözlərinə görə, qadın haqlarını müdafiə edənlər də eyni problemlərlə üzləşməli olur: “Əgər siz də mənim kimi qadınların hüquq və imkanlarının genişləndirilməsinin mümkünlüyünə səmimi qəlbdən inanan birisinizsə... bilməlisiniz ki, yer üzündə bir çox yerdə insanlar bu məsələni sadəcə başa düşmürlər”.

Gaystarnews.com onun sözlərini sitat gətirərək xatırladır ki, o -- ABŞ-ın keçmiş birinci xanımı və Nyu-York ştatının eks-senatoru, dövlət katibi vəzifəsində fəaliyyəti zamanı LGBT haqları uğrunda az iş görməyib. Ən azından onun LGBT-haqları haqqında BMT tribunasından etdiyi inqilabi çıxışını xatırlatmağa dəyər. “Mən bu mövzuda, öz ölkəmdə LGBT-haqlarının vəziyyətinin mükəmməllikdən uzaq olduğunu bilərək, danışıram” – demişdi Kinton, - “2003-cü ilə qədər ölkəmizin bəzi yerlərində bu cinayət sayılırdı. Bir çox LGBT-amerikalılar təcavüz və sıxışdırılmalara məruz qalırdılar və onlardan bəziləri, xüsusilə də gənclər, gündəlik olaraq aqressiyayla üzləşirlər. Buna görə də biz də, digər bütün xalqlar kimi, öz evimizdə insan haqlarını qorumaq üçün daha ciddi işləməliyik”.

Gay.Az, Gay.ru-nun materialları əsasında.
Tərcümə etdi: Vüsal
Теги: Не указаны
Поделиться новостью:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 0
Имя *:
Email:
Код *: