Гость
Год: 2016 - Время: Пусто

“Homoseksuallığın təbliğatı” məsələsində Qalkinlə Puqaçovanın fikirləri ayrıldı

Дата| 21.04.2012(12:27)
Ulduz cütlük homoseksuallığa münasibət mövzusunda razılığa gəlmədilər. Onun təbliğatının əleyhinə olan qanun Maksim Qalkini əsəbiləşdirir, Alla Puqaçova isə düşünür ki, rusiyalı geylər özlərini çox pis aparırlar.
NTV-nin studiyasında Maksim Qalkin və Alla Puqaçova ən cəsarətli sualları cavablandırıblar. Ulduz cütlükdən homoseksuallığın təbliğatının əleyhinə olan qanun haqqında soruşublar. Qalkin belə “ifritə ovu”na haqq qazandırmadığını deyib.
Artist Maksim Qalkin: “Mən düşünmürəm ki, belə bir qanun tərtib edən şəxs gələcək nəsillərin tərbiyəsi haqda düşünür. Məncə, bu, bir növ siyasi piardır. Homoseksuallıq isə öz siyasət yeməyinizi asanlıqla qızdıra biləcəyiniz bir mövzudur. Çünki bu mövzuda etirazlar çoxdur.
Amma hər-halda, mən düşünürəm ki, bizim cəmiyyətimiz demokratik cəmiyyətdir. Cinsiyyətin dəyişdirilməsi kimi, qeyri-ənənəvi cinsi orientasiya da xəstəlik deyil. Bəli, ola bilər ki, bu normadan kənara çıxan bir haldır. Ancaq bu hal mədəni ölkədə təqib oluna bilməz. Əxlaq normaları – tamam başqa məsələdir. Əgər siz küçədə öpüşməyi qadağan edən qanun tərtib edirsinizsə, qoy onda kişilərlə qadınlar da eskalatorda öpüşməsin. Amma homoseksualları başqalarından ayırıb, bunu bir növ “ifritə ovuna” çevirmək – sadəcə gülüncdür.
Ən əsası isə, mənə həmişə elə gəlib ki, bizim dövlətimiz demokratik inkişafın növbəti mərhələsinə adlayıb. Amma yox – hər şey öz əvvəlki çərçivəsinə qayıdır. Və hamısı da sadəcə ona görə ki, kimsə yenə də ucuz, amma tez populyarlıq əldə etmək istəyir”.
Primadonnanın fikrincə isə, homoseksualların özlərində də günah var.
Müğənni Alla Puqaçova: “Bizim doğma geylərimiz həddən artıq gözə girir. Gözə girməyi çox sevirlər. Onlar hər yerdədirlər. Bu həm KVN-də, həm digər verilişlərdə daimi mövzudur. Özləri bu mövzunu təbliğ edirlər, sonra isə təəccüblənirlər ki, tamaşaçılar tələb edir”.
Maksim Qalkin: “Alla, sən deyirsən ki, gey mövzusu KVN-də, Comedy Club-da populyardır – bu, təbiidir. Hal-hazırda narkomaniya və homoseksuallıq mövzusu televiziya yumorunda populyardır, çünki əhalinin buxarının çıxa biləcəyi digər klapan bağlıdır. Çünki siyasət mövzusunda zarafat etməyə imkan verilmir”.
Gay.Az, NTV-nin materialları əsasında
Tərcümə etdi: Vüsal
Теги: Не указаны
Поделиться новостью:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 0
Имя *:
Email:
Код *: