Гость
Год: 2016 - Время: Пусто

İngiltərə premyer-liqasının bütün klubları homofobiya və transfobiya ilə mübarizə haqqında xartiyanı imzaladılar

Дата| 08.03.2012(19:39)

Gay.Аz "LGBT-Grani"-yə istinadən xəbər verir ki, meydanda tribunalarda seksual azlıqlara qarşı ayrı-seçkiliklə mübarizə haqqında xartiyanı 02 fevral 2012-də İngiltərə premyer-liqasına daxil olan 20 futbol klubunun hamısı imzalayıblar. Bu haqda premyer-liqa mətbuata bildirmişdir. Fanatlar da bu xartiyanın çağırışı ilə razı olduqlarını bildirmək üçün xartiyanı dəstəkləmək üçün Facebook sosial şəbəkəsində "I love sport, but I hate homophobia and transphobia" səhifəsini "Like" edə bilərlər.

Bu xartiya Böyük Britaniya hakimiyyətinin təşəbbüsü ilə 2011-ci ildə yaradılmışdır. Məşhurlardan aktyor yazıçı Stiven Fray, tennisçilər Billi Cin Kinq Martina Navratilova onu dəstəkləyiblər. Sənədi artıq İngiltərə Futbol Assosiasiyası, İngiltərə Uels kriket birliyi, ot üzərində Tennis Assosiasiyası, reqbi liqası birliyi, həmçinin, London Olimpiya Paralimpiya oyunlarının təşkilat komitəsi imzalayıblar.

 "İdmanda homofobiya transfobiya ilə mübarizə haqqında xartiya 2011-ci ilin iyun ayında təsis ediləndə, premyer liqa onu bir təşkilat kimi imzaladı indi hər klubun onu ayrılıqda imzalaması ilə sadiqliyimizi təsdiqləməkdən məmnunuq." - premyer-liqanın sədri Riçard Skadamor bildirdi.

 Xartiyada deyilir ki, "əslinə kim olmasına baxmayaraq, hər bir şəxsin idmanda iştirak etməyə ondan zövq almağa imkanı olmalıdır." "Biz, idmanı homofobiya transfobiyadan qurtarmaq üçün birlikdə ayrı-ayrılıqda çalışacağıq. Biz futbolu elə bir yer edəcəyik ki, orada hamı yaxşı qarşılanıriştirakçılar, tamaşaçılar orada çalışanlar. Biz yolverilməz davranışla mübarizə aparmaq üçün bütün bu qruplarla işləyəcəyik."

Son 20 ildə ingilis futbolunda öz homoseksual meylini açıq bidirən oyunçu olmayıb, halbuki idmanın digər "əsl kişi" növləri kimi tanınan reqbi kriketdə belə nümunələr var.

 2012-ci ilin yanvar ayının son günlərində Britaniya Yayım KorporasiyasıBBC, gey olduğunu gizlətməyən peşəkar futbolçular, daha doğrusu, onların olmaması haqqında sənədli film nümayiş etdirib. BBC3 -də praym-taym vaxtı göstərilən filmin auditoriyası 712 min nəfər olmuşdubu, kanalın auditoriyasının orta göstəricisinə nisbətən 50% çoxdur.

 Filmdə britaniya peşəkar futbolçuları arasında yeganə açıq olaraq gey (gey olduğunu gizlətməyən ) Castin Faşanu haqqında danışılırdı. Castin, 1980-ci illərdə homoseksuallığını açıq şəkildə bildirdikdən sonra, depressiyaya sürükləndirildi həyatına sui-qəsd etmişdi. Qaradərili futbolçunun qardaşı qızı Amal Faşanu filmi çəkənlərə intervyusunda əmisinin vaxtından indiyə qədər premyer-liqada başqa peşəkar futbol diviziyalarında bir nəfər belə olsun gey futbolçunun olmamasına şübhə etdiyini bildirdi. Amal Faşanu futbol oyunçuları tamaşaçıları arasında homofobiyaya qarşı kampaniyanın aktiv tərəfdaşlarından biridir.

Gay.Az                                                                                                              Həmid Teo

Поделиться новостью:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 0
Имя *:
Email:
Код *: