Гость
Год: 2016 - Время: Пусто

LGBT tələbələr ravvin təhsili ala biləcək

Дата| 25.04.2012(22:08)
İsraildə iudaizmin mühafizəçi (konservativ) cərəyanının liderləri geylərə və lesbiyanlara ravvinlik üçün təhsil almağa icazə verdilər. “Haarets” qəzetinin verdiyi məlumata görə, qərar aprelin 19-u qəbul olunub.

Mühafizəçi cərəyana aid ravvinləri hazırlayan Şexter adına “Beyt-Midraş” ali təhsil mərkəzi, artıq gələn tədris ilindən etibarən LGBT arasından tələbələr qəbul etməyə başlayacaq.

“Haarets” qəzeti qeyd edir ki, bir çox onilliklər ərzində ABŞ və İsraildə iudaizmin mühafizəçi nümayəndələri geyləri və lesbiyanları ravvinliyə qəbul edib-etməmək barədə mübahisə aparırdılar. Bu müzakirələrin nəticəsində 2006-cı ildə bir-birinə əks iki qərar qəbul edildi: biri homoseksuallara ravvinliyə qəbul olunmağa icazə verən, digəri isə bunu qadağan edən. ABŞ-da iki ali təhsil mərkəzi LGBT tələbələri qəbul etməyə başladı, amma İerusalimdə (Qüds) ikinci qərara riayət etməyə üstünlük verdilər.

“Haarets” qəzeti yazır ki, bu sualla bağlı yaranmış fikir ayrılığına görə Qüdsdə Şexter institutunu iki qadın ravvin tərk edib.

Gay.az, sem40 materialları əsasında
Tərcümə etdi: Həmid Teo
Теги: Не указаны
Поделиться новостью:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 1
Huyen04.11.2012 15:40 Спам
Kudos to you! I hadn't thuhogt of that! 0  
Имя *:
Email:
Код *: