Гость
Год: 2016 - Время: Пусто

London meri avtobusların üzərində homofob reklamı qadağan etdi

Дата| 21.04.2012(12:22)
Britaniya KİV-nin keçən cümə günü yaydığı məlumata görə, Böyük Britaniyanın paytaxtında böyük qalmaqal başlayıb. Qalmaqalın səbəbi London avtobuslarının üzərində yazılmalı olan və homoseksualları müalicəyə səsləyən reklamın qadağasıdır.

Bu reklam kompaniyasının sifarişçiləri katolik istiqamətli Anglican Mainstream və Core Issues Trust təşkilatlarıdır. Reklam qırmızı fonda ağ rənglə "Not gay! Ex-gay, post-gay and proud. Get over it!” ("Gey deyiləm! Gey idim, gey olmaqdan qurtuldum və qürur duyuram. Bunu qəbul et!) yazısından ibarət olmalı idi. Reklam kampaniyasının şüarı özündə homoseksuallıqdan mənəvi terapiyanın köməyi ilə qurtulmağın mümkünlüyü ideyasını əks etdirirdi. Katolik təşkilatların fikrincə, bu cür terapiya insanları “ənənəvi orientasiyaya” qaytarır.

“London üçün nəqliyyat” (Transport for London) kompaniyasının Tvitter səhifəsində bu barədə aşağıdakı məzmunda mesaj yayınlanıb: “Anglican Mainstream təşkilatı öz reklamını gözdən keçirmək üçün bizə təqdim edib, ancaq bu reklam avtobusların və nəqliyyat marşrutlarının üzərində yerləşdirilməyəcək. Biz hesab edirik ki, bu reklam bizim tolerant London haqqındakı düşüncələrimizə uyğun gəlmir”.

Eyni zamanda “London üçün nəqliyyat” kompaniyasının da rəhbəri olan London meri Boris Conson Britaniya cəmiyyətində qəbul olunan tolerantlıq prinsiplərinə uyğun gəlmədiyinə görə həmin lozunqların nəqliyyat vasitələrinin üzərinə yerləşdirilməsini qadağan edib.
“London – dünyanın ən tolerant və qeyri-tolerantlığa qarşı qeyri-tolerant şəhərlərindən biridir. Gey olmağın müalicəsi mümkün olan bir xəstəlik olması gümanı açıq-aşkar təhqir xarakteri daşıyır və mən belə iddiaların bizim avtobusların üzərində Londonu dolaşmasına hazır deyiləm”, - deyə, London meri məsələyə münasibətini bildirib.

Haqqında söhbət gedən reklamın vizual olaraq, homoseksuallara dəstək olan Stonewall təşkilatının plakatlarını təqlid etməsi isə onun qadağası üçün əlavə səbəb rolunu oynayıb. Stonewall plakatlarında da eynilə katoliklərin reklamındakı şriftlərdən və rənglərdən istifadə olunaraq “Some are gay. Get over it!” (“Bəziləri geydir. Bunu qəbul et!”) yazılmışdı.
Cümə günü isə məlum olub ki, nikah, ailə və seksual həyatla bağlı məsələlərdə bibliya ənənələrinə bağlı olduğunu iddia edən xristian dini təşkilatı Anglican Mainstream merin qərarından məhkəməyə şikayət etmək fikrindədir. Hərəkatın nümayəndəsi elan edib ki, hüquqşünaslar artıq məhkəməyə müraciət üçün lazım olan sənədləri hazırlamaqdadırlar.

Gay.Az
Tərcümə etdi: Vüsal
Теги: Не указаны
Поделиться новостью:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 1
Hamuda08.06.2012 15:12 Спам
This atircle went ahead and made my day. 0  
Имя *:
Email:
Код *: