Гость
Год: 2016 - Время: Пусто

Səudiyyə Ərəbistanında məktəb və universitetlərdən geyləri və oğlana oxşayan qızları qovacaqlar

Дата| 25.04.2012(21:53)
Səudiyyə Ərəbistanı Krallığı geyləri və özünü oğlan kimi aparan qızları universitetlərdən qovmağa hazırlaşır, çünki “bu iki halla” mübarizə aparmaq fikrindədir.

Emirates 24/7 adlı xəbər proqramında məlumat verilib ki, Savabın Təbliğatı və Günahın Cəzalandırılması Komissiyası adlanan təşkilat yeni əmrin yerinə yetirilməsini təmin etməyə - homoseksualları, o cümlədən oğlan kimi görünən və özünü oğlan kimi aparan qızları məktəb və universitetlərdən qovmağa səsləyib.

Xəbərdə ərəb qəzeti “Sharq”dən belə bir sitat gətirilir: “Geylərin və özünü oğlan kimi aparan qızların universitetlərdən qovulması və bəzi saytlar tərəfindən təbliğ olunan belə hallarla mübarizə aparılması haqda təlimat bütün məktəb və universitetlərə göndərilib”.

Hələ ki heç bir mənbə bu təlimatın hansı dövlət orqanı tərəfindən hazırlandığı haqda xəbər verməyib, ancaq Emirates 24/7 iddia edir ki, qovulan tələbələ və şagirdlər “qadağan olunmuş metodlardan isifadə etməyi tərgidəcəkləri halda” yenidən məktəb və universitetlərə buraxılacaqlar.

pinknews.co.uk xatırladır ki, Səudiyyə Ərəbistanı əhalisi Şəriət qanunlarına əsasən həyat sürür ki, bu qanunlar da homoseksual əlaqələri cinayət hesab edir: bu cinayətə görə fiziki işkəncələr və ya ölüm cəzası təyin olunur.

2010-cu ildə Səudiyyə şahzadəsi Saud Abdulaziz bin Nasser al Saud Londonun dəbdəbəli mehmanxanalarından birində öz nökərini öldürdüyünə görə İngiltərə məhkəməsi tərəfindən 20 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdu. Məhkəmə zamanı müəyyənləşdirilmişdi ki, bu qətl hadisəsi seksual motivlərə sahib olmuşdur və şahzadə əvvəllər dəfələrlə kişi eskortların xidmətindən istifadə etmişdir. 2011-ci ilin əvvəllərində isə Səudiyyə Ərəbistanında 36 yaşlı ingilis Stiven Komiksi (Steven Comiskey) həbs olunaraq vəhşicə döyülmüşdü. Yerli dini polis ona dostunun adından sms göndərərək görüşə çağırmış və beləcə tələyə salmışdı. Beləliklə tibb işçisi olan Komiksi homoseksuallıqda “günahlandırılaraq” həbsxanaya atılmış, pasportu isə polis tərəfindən müsadirə olunmuşdu. Yarım il Komiksi barmaqlıqlar arxasında hər gün ölüm hökmünü gözləmişdi. Lakin diplomatik danışıqlar nəticəsində ona evinə qayıtmağa icazə verilmişdi. Stiven iddia edir ki, Səudiyyə Ərəbistanında olarkən heç vaxt cinsi orientasiyasını sərgiləməyib və bu ölkənin qanunlarını pozmayıb. Britaniyalı diplomatlar belə bir fikir irəli sürüb ki, Səudiyyə Ərəbistanı tərəfi Komiksinin işini şahzadə Saud Abdulaziz bin Nasser al Saudun işiylə əlaqələndirib Britaniya məhkəməsinə təzyiq göstərmək və şahzadənin gey olduğu haqda məlumatın gizlədilməsinə nail olmaq istəyirmiş.

Gay.Az, Gay.Ru-nun materialları əsasında
Tərcümə etdi: Vüsal
Теги: Не указаны
Поделиться новостью:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 0
Имя *:
Email:
Код *: