Гость
Год: 2016 - Время: Пусто

Tədqiqatçılar bildirir ki, homofobların latent gey olduqları mümkündür

Дата| 18.04.2012(23:06)
Geylərin əleyhinə açıq şəkildə çıxış edən insanlar özləri, ola bilər ki, latent homoseksualdır, bunu amerikalı tədqiqatçılar bildirirlər. Onlar iddia edir ki, homofoblar öz cinsindən olan insanlara meyl göstərirlər, ancaq daxilən onlar bu istəyi nifrətlə əvəz edirlər.
Journal of Personality and Social Psychology jurnalında tezliklə çap ediləcək məqalədə yazılır ki, belə davranışın səbəblərini tərbiyənin xüsusiyyətlərində axtarmaq lazımdır. Araşdırmanın müəllifləri hesab edir ki, geylər homofoblara onların özlərini xatırladır, bu isə onlarda qorxuya səbəb olur və aqressiya doğurur.
Bu, ona görə baş verir ki, homofobların əksəriyyəti homoseksuallığın qətiyyən qəbul olunmadığı ailələrdə tərbiyə alıb.
Alimlərin sözlərinə görə, bu insanlar öz gerçək cinsi meylini boğmağa öyrəşib və bu daxili konflikt homoseksuallara qarşı aqressiya şəklində özünü büruzə verməyə başlayır.
Alimlər hərəsində ABŞ və Almaniyadan 160 tələbənin iştirak etdiyi dörd eksperiment aparıblar.
Müxtəlif testlərin köməyi ilə onlar sorğuda iştirak edənlərin, öz cinsi meyli haqqında dedikləri ilə, onların homoseksual və heteroseksual mövzu ilə bağlı söz və şəkillərə şüuraltı səviyyədə verdikləri reaksiyalarını müqayisə ediblər.
Esseks Universitetindən professor Netta Veyntşteynin sözlərinə görə: “Özünü heteroseksual kimi təqdim edən [homofoblar] psixoloji testlərdə öz cinsindən olan insanlara güclü meyl göstəriblər”.

Gay.Az,
mənbə: tsn.ua
Поделиться новостью:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 0
Имя *:
Email:
Код *: