Гость
Год: 2016 - Время: Пусто

Prezervativlərdən istifadə edərkən ən çox buraxılan səhvlər

Дата: | 05.06.2012(14:54)
“Journal of Sexual Health” jurnalında dərc olunmuş yeni tədqiqata görə, bir çoxları prezervativlərdən düzgün istifadə etmir. Tədqiqatçılar 14 ölkədə aparılmış 50 tədqiqatı təhlil edərək prezervativlərin yırtılması (müxtəlif tədqiqatlarda 0,8%-dən 40,7%-ə qədər), sürüşməsi (13,1%-dən 19,3%-ə qədər) və prezervativdən sperma axması (kişilərin 7,6%-i, qadınların isə 12,5%-i belə hallar haqqında xəbər verib) hallarının yayılmasındakı dəyişkənliyi aşkar edib. Bu tədqiqatları təhlil edərək alimlər prezervativdən istifadə edərkən ən çox buraxılan səhvləri ayırd edib.

Prezervativlərin çox gec geyilməsi. Prezervativ seks başlayana qədər geyilməli və seksin sonunadək çıxarılmamalıdır. Tədqiqatlar göstərib ki, insanların 17%-dən 51,1%-ə qədəri prezervativi cinsi akt başladıqdan sonra geyinib. Aydındır ki, bu, prezervativin effektini azaldır – eyakulyasiyadan qabaqkı ifrazatda cinsi yolla yoluxan mikroblar ola bilər. Bundan başqa herpes və ya insan papilloma virusu kimi dəridən dəriyə kontakt yoluyla yoluxa bilən infeksiyaların qarşısını almaq da vacibdir.

Prezervativlərin vaxtından əvvəl çıxarılması. Prezervativ adətən cinsi orqanı örtərək spermanı içərisində saxlayan və beləliklə infeksiya törədicilərinin ötürülməsinin qarşısını alan vasitə kimi təsvir olunur. Dolayısilə, prezervativ eyakulyasiyadan əvvəl çıxarılarsa faydasız olar. Bununla belə, tədqiqatlar göstərib ki, anket iştirakçılarının 13,6%-dən 44,7%-ə qədəri prezervativi cinsi akt bitmədən öncə çıxarıb.

Prezervativin düzgün geyilməməsi. Demək olmaz ki, prezervativlərin istifadəsi çox çətin bir elmdir, lakin hər işdə olduğu kimi, burda da ilk öncə işi düzgün yerinə yetirməyi öyrənmək lazımdır. Prezervativlər supermarketlərdən klubların tualetlərinə qədər hər yerdə satıldığı üçün insanların əksəriyyəti heç vaxt bu metodun düzgün istifadəsi haqda bir tibb işçisiylə danışmır. Məktəblərdə isə prezervativlərdən düzgün istifadənin öyrədilməsi haqda söhbət belə gedə bilmədiyi üçün məktəblilər prezervativdən istifadə etməyi öyrənmədən böyüməli olurlar.
Adətən prezervativlərin qutusunda istifadə qaydaları aydın yazılmış vərəqələr olur, lakin görünür, heç də hamı onları diqqətlə oxumur, belə ki,:

2,1%-dən 25,3%-dək sorğu iştirakçısı prezervativi geyinməmişdən əvvəl tamamilə yumurlayıb açdığını qeyd edib
24,3%-dən 45,7%-dək sorğu iştirakçısı prezervativin ucunda sperma üçün boş yer saxlamadığını qeyd edib (bu çox vacibdir, amma heç də bütün markalarda prezervativin özündə belə bir rezervuar olmur)
4%-dən 30,4%-dək sorğu iştirakçısı prezervativi tərs üzünə açdığını və sonra tərsinə çevirib yenidən geyindiyini deyib (bu partnyorun eyakulyasiyadan qabaqkı ifrazatı ilə kontakta səbəb ola bilər)
Qadınların 11,2% -i və kişilərin 8,8% -i cinsi akta başlayan vaxt prezervativin sonuna qədər yumurlanıb açılmadığını qeyd etmişdir.

Prezervativlərin düzgün çıxarılmaması. Prezervativi ereksiya sönməmişdən qabaq çıxarmaq lazımdır, çünki cinsi orqan kiçilən kimi prezervativ daha ona sıx yapışmır və sperma axıb tökülə bilər. Cinsi aktı bitirdikdə prezervativin sonundakı halqadan tutmaq lazımdır. Təəssüf ki, tədqiqatlar göstərir ki, kişilərin 31%-i, qadınlarınsa 27%-i prezervativin vaxtında və düzgün çıxarılmadığını deyir.

Lubrikantlarla bağlı problemlər. Prezervativlərin lubrikantlarla – sürtünməni və dolayısı ilə prezervativin yırtılma riskini azaldan sürtkü maddələri ilə bir yerdə istifadəsi daha məqsədəuyğundur. Lakin sürtkü məqsədilə nələrdən istifadə etmək barədə məlumatlı olmaq lazımdır. Belə ki, yağlar və yağ tərkibli maddələr (uşaq yağları, kremlər) lateksə zərər vura bilər. Prezervativdən istifadə edən bir çox insan sürtkü maddələrindən düzgün istifadə etmir. Tədqiqatlar göstərib ki, anketdə iştirak edənlərin 16-25,8%-i ümumiyyətlə sürtküdən istifadə etməyib, qadınların 3,2%-i və kişilərin 4,7%-i isə sürtkü məqsədi ilə yanlış maddələrdən istifadə edib.

Prezervativlərin təkrar istifadə olunması?!. Bəlkə, insanlar bu yolla pula qənaət etmək istəyir, bəlkə də, onların prezervativləri qurtarır, ancaq təsəvvür etmək çətindir ki, eyni prezervativi ikinci dəfə necə istifadə etmək olar. Yaxşı ki, bu səhvi anket iştirakçılarının yalnız 1,4-3,3%-i buraxıb – eyni prezervativdən ən az iki dəfə istifadə edib.

İti alətlər. İstər qayçı olsun, istər dişlər, istərsə də sancaq, ancaq bəzi insanlar iti alətlərin prezervativlə kontaktına səbəb olaraq səhv buraxırlar. Anket iştirakçılarının 2,1%-indən 11,2%-ə qədəri prezervativin paketini iti alətlərlə açmağa cəhd edərək lateksi zədələnmək riski qarşısında qoyublar.

Prezervativlər – HIV virusundan və digər cinsi yolla yoluxan infeksiyalardan qorunmaq üçün əla vasitədir. Onlar ucuzdur, əlçatandır, yan təsirləri yoxdur (lateks allergiyasına insanların 3%-dən də azında rast gəlinir, bu insanlar üçün isə prezervativlərin digər növləri mövcuddur). Prezervativlərin istifadəsi üçün xüsusi hazırlıqlara ehtiyac duyulmur və onlar çox effektivdir. Bu, cinsi yolla yoluxan xəstəliklərin yoluxmasının qarşısını alan yeganə üsuldur. Lakin, problem ondadır ki, bir çoxları prezervativlərdən düzgün istifadə etmir.

Gay.Az, RH Reality CheckParniplus -un materialları əsasında
Tərcümə etdi: Vüsal.
Теги: Не указаны
Поделиться статьей:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 1
Ayaz20.06.2012 10:55 Спам
bu melumatlar yaxsidir. amma axi hec bu meaqlede de istifade qyadalari izah olunmadi???? 0  
Имя *:
Email:
Код *: