Гость
Год: 2016 - Время: Пусто

Qarderobumuz üçün kişi şarfı seçirik (foto-nümunələrlə)

Дата: | 21.04.2012(23:26)
Çox heyif ki, zəmanəmizdə insanlar şarfı tamamən unudublar. Şarf – qarderobda forma ilə funksionallığın birləşməsidir. Rütubətli və şaxtalı havada o hər zaman vacibdir. Şarfla boyundakı sıyrıqları və izləri gizləmək olar. Nəhayət, əgər sizə rahatlıq hissi xoşdursa, şarfı elə səbəbsiz də geyinmək olar. Amma bu lazımlı aksesuardan istifadə etməzdən əvvəl onun haqqında daha çox şey öyrənmək lazımdır.



Əslində şarf növləri çoxdur. Təxmin etmək olar ki, elə onların bağlanma qaydaları da. Bu gün sizin qarderobunuz üçün şarf seçəcəyik.

Yun şarf



Hər kişinin qarderobunda belə şarf olmalıdır. O, gündəlik geyimdə əla görünəcək. Cins şalvar və toxunma sviterlə çox gözəl uzlaşacaq. O, sizin paltonuz üçün də yaxşı yoldaşdır.
Belə şarfın istifadəsi sizin siluetinizə həcm əlavə etmək məqsədi güdür (ancaq ifrata varmayın!). Onu ilgək şəklində və ya fransız düyünü ilə bağlayın.

Pambıq şarf



Pambıq şarf kaşemir şarf qədər vacib olmasa da, gəlin onu da nəzərdən keçirək. Bu aksesuar küləkli havada bleyzerlə çox yaxşı uzlaşacaq. O, sizin gündəlik kostyumunuza bir az həyat qüvvəsi əlavə edəcək, yay payıza keçdiyi vaxt sizi isti saxlayacaq. Onu fransız düyünü ilə bağlayın – və hazırdır!

Toxunma şarf



Pambıq və ya yundan toxunmuş bütün şarfları əhatə edən kifayət qədər geniş kateqoriyadır. İndi biz sizin nənənizin ixtisaslaşdığı toxunma şarflardan danışırıq. Şübhəsiz, bunlar isti şarflardır. Fransız düyünü ilə bağlanmış bu tip şarf yüngül sviterə yaxşı əlavədir. Dəbdəbəli görünmək üçün toxunma şarfı nazik futbolka və cinslə birləşdirin. Ən optimal variant fransız düyünüdür.

İpək şarf



Formanın funksionallıq üzərində əsl triumfu! İpək şarf soyuq havada geyinmək üçün kifayət qədər isti deyil, amma onun da öz yeri var. Boynunuzda düyünlənmiş göy şarf çimərliyə gedərkən çox uyğun variant olar. Ağ və qara rənglər isə sizin görüntünüzə klassik obraz əlavə edər. Şarfın ucları daim bir yerdə olmalı və heç bir halda ayrılmamalıdır. Bu geyimdə siz görüşə də, kluba da, kafeyə də gedə bilərsiniz.

Fələstin şalı



Ərəb baş geyimi. Dar cinsə və cəlbedici tünd eynəklərə üstünlük verən oğlanlara çox gözəl yaraşar. Şarfı ikiqat ilgəklə boynunuza dolayın.
Biz sizinlə bütün əsas şarf növləri ilə tanış olduq. Əgər onları daha əvvəllər görmüşdünüzsə, təəccüblənməyin:-)

Gay.Az, magcolors.ru saytının materialları əsasında
Tərcümə etdi : Vüsal
Теги: dəb, moda, aksessuar
Поделиться статьей:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 1
LeZbIyAnKa13.10.2013 14:43 Спам
twk 0  
Имя *:
Email:
Код *: