Гость
Год: 2016 - Время: Пусто

16 yaşında İİV – bu zarafatdır?

Дата: | 08.03.2012(21:38)
Bu məqalənin qəhrəmanı ilə mən İİV statusu müsbət olan insanlar üçün olan sosial şəbəkədə tanış oldum. Yeni profaylları nəzərdən keçirəndə, mən həmişə qeydiyyatdan keçənlərin əsas səhifəsinə baxıram. Və burda mən diqqət yetirdim ki, yeni istifadəçi öz yaşını qeyd edib – 17 yaş. Sizi bilmirəm, amma mənim ürəyim sıxıldı, bu ki lap uşaqdır. Yaşadıqlarını ətraflı öyrənib, mən başa düşdüm ki, onun keçirdiyi sınaqlar uşaq sınaqları deyil, və mən əminəm ki, onun danışdıqları sizi laqeyd qoymayacaq.
 
Zəhmət olmazsa, öz əhvalatını danış. Öz İİV statusun haqqında necə bildin? Bu xəbəri necə qəbul etdin?
 
Mənim seksual həyatımın başlanmasından yarım il keçmişdi. Bu vaxt ərzində mənimlə 4 partnyor olmuşdu. Birinci partnyor – bu mənim birinci seksual debutum olub. Digər iki oğlan – belə demək olarsa, cavanlıq səhvi olub. Dördüncüsü isə mənim idealımdır, hansını ki mən sevirdim və indi də sevirəm. Birinci və dördüncü ilə məndə seks həmişə risksiz (prezervativlərdən istifadə edərək) olub. Digər ikisi ilə isə, necə alınsa, elə də olurdu. Öz idealımla yayın axırıncı üç ayında görüşürdüm, bu mənim üçün unudulmaz vaxt idi.
 
Bir dəfə öz birinci partnyorumun evinə qonaq getməyi qərara aldım, çünki biz sadəcə yaxşı dost olmuşduq və ya hətta daha çox, o mənim üçün böyük qardaş kimi olmuşdu. O gün biz çox şey haqqında danışdıq, İİV haqqında da. Sonra o mənə dedi ki, poliklinikaya getməli olacaq. O, mənə onunla birgə getməyi təklif etdi, və həm də, əgər istəyim olsa, İİV-infeksiya analizi verməyi. Mən özüm də İİV test verməyi planlaşdırdığım üçün, tez razılaşdım, çünki mən o prezervativsiz cinsi əlaqəyə görə narahat idim.
 
Növbəti gün biz poliklinikaya getdik. Orada məndən soruşdular ki, hansı testi vermək istəyirəm: adi, yoxsa ekspress, hansını ki, bir neçə saat gözləmək lazımdır. Mən belə fikirləşdim və qərar verdim ki, tələsmirəm. Buna görə də adisini seçdim. Testi verdikdən sonra tezliklə bu haqda unutdum. Mən onun haqqında fikirləşmirdim. Sadəcə unutdum. Bir həftə keçdi... Mən qərar verdim zəng vurum və cavabı öyrənim, lakin mənə dedilər ki, hələ hazır deyil. Bir həftə də keçdi. Və artıq bundan sonra mən analizlərin nəticəsini öyrəndim. İİV müsbət. Bu xəbər mənim üçün şok oldu, halbuki mən elə bil anlayırdım ki, belə nəticə ola bilər, axı mənim prezervativsiz cinsi əlaqəm olmuşdu. Telefonda qadın mənə dedi ki, gəlmək lazımdı. O an mən daha nə isə başa düşə bilmirdim, buna görə də anama yaxınlaşdım və dedim: "Ana, mənə İİV keçib. Götür, danış. Orada deyəcəklər, hara gəlmək lazımdır.”. Anam, görünüşə görə, anlamadı və telefonu götürdü. Mən öz otağımın qapısını bağladım, çarpayıya yıxıldım, gözlərimi yumdum və yəqin ki, yatdım. O anı xatırlamıram. Yəqin ki, nəsə haqqında düşünürdüm və yuxuya getmişdim.
 
Bu xəbəri necə qəbul etdim? Hmm... Mən bunu belə qəbul etdim: Mən bu əhvalatın əsas qəhrəmanıyam. Elə filmdə olduğu kimi. Belə düşüncəm var idi ki, mənim həyatım qısa olacaq, amma kifayət qədər doyumlu olacaq. Hər kəsə belə şans verilməyib... Bilirəm, axmaq düşüncədir, amma bu bir növ təsəlli verən fikir idi.
 
Düşünürdünmü ki, bu nə vaxtsa səninlə baş verə bilər?
 
Bəli, düşünürdüm. Çox vaxt düşünürdüm. Tez-tez özümə təsəvvür edirdim ki, bu necə baş verə bilər, mənim hərəkətlərim nədən ibarət olardı, o vaxt özümü necə hiss edərdim, nə haqqında düşünərdim, özümə nə deyərdim? Çox sual var idi. Çox ehtimal. Amma insan özü yaşamadığı şeyi  qiymətləndirə bilməz.
 
Sonra nə oldu? Sən İİV haqqında xəbəri partnyorunla müzakirə etdinmi?
 
İİV testinin nəticələri haqqında öyrəndiyim həmən gün, məndə İİV olduğunu sevdiyim oğlana SMS ilə yazdım. Həmən SMS mesajı çox yaxşı xatırlayıram. Onda sonda çox nöqtə var idi. Lap çox... Mən göndərməyə qorxurdum və buna görə də telefonda nöqtələr yazırdım. Mən SMS mesajı göndərdim və gözlərimdən yaş axmağa başladı. Mən yavaşca ağlamağa başladım ki, valideynlərim eşitməsinlər. Otağıma qapı bağlı idi. Bir dəqiqədən sonra o, zəng vurdu. Mən zəng vuran telefona çox baxdım. Telefonu götürdüm və onun sakit və çox qəmgin səsini eşitdim. O, məndən soruşdu ki, necəyəm. İİV testi haqqında bir də soruşdu. Mənim cavablarımdan sonra o, çox dərindən və ağır nəfəs aldı. Mən artıq onda anladım ki, bu sondur... Bizim münasibətlərin "The End” -i. "So much for my happy ending".
 
QİÇS mərkəzində həkimlər səninlə necə danışdılar? Hiss edirdinmi ki, sənə qeyri-adi yanaşırlar, axı nəticəni aldığın an sənin 16 yaşın var idi?
 
Həkimlər mənə anlaşma ilə yanaşırdılar, yəni normal. Mən anladığım qədər, mən onlar üçün sürpriz deyildim. Həkimlərdə heç bir təəccüb yox idi. İnanın, o anda mən heç nə hiss etmirdim, halbuki kiçik həyəcan var idi. QİÇS mərkəzində olanlar başqa elit məktəbə köçürməyə bənzəyirdi. Bir tərəfdən, maraqlı idi, digər tərəfdən, fikirləşirdim ki, burda nə işim var? Mən belə bir yerə düşməyi arzulayırdımmı? Mən, yaşamağıma nə qədər qalıb sualına cavabı gözləyirdim.
 
Sən İİV-statusun haqqında valideynlərinə danışdınmı? Əgər danışdınsa, onlar bunu necə qəbul etdilər?
 
Mənim valideynlərim o saat mənim İİV-statusum haqqında bildilər. Mən artıq bir az əvvəl danışdım, bu necə oldu, amma indi davam edim. Oyandığım vaxt, anam artıq evə qayıtmışdı. O, nəsə haqqında atamla danışırdı. Heç kəs qışqırmırdı, heç kəs ağlamırdı. Hər şey sakit idi. Bu xəbəri çox sakit qarşıladılar. Hətta həddən artıq sakitçilik ilə. Mən çox təəccüblənmişdim, çünki anam gey olduğumu öyrənəndə – bu apokalipsis idi! Mənim anam onun oğlunun homoseksual olduğunu öz doğum günü, 31 iyulda bilmişdi. Bu onun üçün şok idi. O nə etmək istədiyini bilmirdi. Amma artıq ayın 1-i mən telefonsuz, internetsiz, hər şeysiz idim. Öz PS2 pristavkamdan başqa, heç nəyim yox idi. Həmən an biz hələ bağda idik. Və mən 2 ay bağlı bağda qaldım. Bağ – mənim üçün həbsxana idi. Mən öz otağımdan çıxmırdım. Bütün günləri oyun konsolunda oynayırdım ki, vaxt tez getsin. Mən öz anamdan çox incimişdim. O, mənə həmişə xatırlayacağım 2 şeyi dedi.
1)Siz narkomanlardan pissiniz! (O həm də bunu əlavə etdi: "Mən utanıram ki, mənim belə oğlum var! İndi başqaları nə deyəcək? Əgər beş oğlum olsaydı, amma sən ailəmizdə uzun müddət gözlədiyimiz tək uşaqsan!”);
2)"Yaxşı olardı ki, mən səndən yaxamı qurtarım, nəinki səninlə bütün ömrü əziyyət çəkim!” - bu iki şeyi mən unutmaram. Bağışlamağına bağışlayaram, amma unutmaram. Belə, anamla bir dəhşətli yuxu idi. Əsl mübarizə, və ya daha da pis – müharibə. Həm də bu iki ayda məni bir yaxşı psixoloqun yanına apardılar, o, mənə yox, anama yardım etdi. Buna görə mən ona təşəkkür edirəm.
O, mənim anama anlamağa yardım etdi ki, bununla həyat bitmir, onun həyatı da. İndi o, özü üçün yaşamağa başladı, daha təkcə mənimlə yaşamır. Atam isə... İlan kimi sakit. Ona gey olduğumu mən 2010-cu ilin may ayında dedim, yəni tam 16 yaşımda, öz ilk sevdiyim oğlanla görüşməyə başlayanda. Ona mən sadəcə bir gecə bunu dedim, çünki onun gözlərinin içinə baxıb, yalan deyə bilmirdim. Qəlbimdə bilirdim ki, o, sakit reaksiya verəcək, məni başa düşməyəcək, amma qəbul edə biləcək. Elə də oldu, təxmin etdiyim kimi. O, sadəcə mənə dedi ki, mən onun oğluyam və bu heç nəyi dəyişmir. Dedi ki, mən ona tamamilə güvənə bilərəm və o bacardığı qədər mənə yardım edəcək. Həm də onu demək istəyirəm ki, atamın mənim seksual seçimlərim haqqında hələ ondan üç il əvvəl təxmini var idi, çünki o, dəfələrlə hansı saytlara girdiyimi görmüşdü. Yəni, mənim atam artıq buna mənəvi hazırlaşmışdı. Bəlkə buna görə mən qorxduğum o tufan olmadı. Düzünü desəm, elə bir an var idi ki, düşünürdüm, məni yuxuda balışımla boğmaz ki? İndi gülüş ilə bunu xatırlayıram.
 
İİV ilə bağlı dəstəyi harada alırsan? Krizis ilə başarmağa sənə nə yardım edir?
 
Mən İİV ilə bağlı heç yerdə dəstək almıram. Krizis ilə başarmağa mənə YouTube-da yaxşı video yardım edir. Bəli, bu doğrudur. İnanın, bu bəsdir ki, mən yenə özümə inana bilim, inanım ki, həyat bitmir və mənim hər şeyim hələ irəlidədir. Amma təəsüf ki, hər şey belə sadə deyil... Məndə 1 tipli şəkərli diabet var, bu da o deməkdir ki, şirin şeylər təkcə sevinc və xoşbəxtlik gətirmir, amma mənim sağlamlığımda da iz qoyur. Mən öz sağlamlığıma nəzarət edirəm, amma hər dəfə istədiyim kimi alınmır. Çoxsu düşünür ki, yəni mənə krizislə başarmağa doğmalarım və ya dostlarım yardım etmir? Mənim cavabım – YOX! Daha da pis olur. Mən bunun haqqında heç kəslə danışmıram, çünki mənim dostlarımda və doğmalarımda İİV yoxdur, buna görə də... yaxşısı budur ki, İİV haqqında unutmaq və xatırlamamağa çalışmaq. Mənə yardım edən ən əsası – musiqidir. Mən onsuz həyatı təsəvvür etmirəm. Məni səsimdən və hətta görməyimdən məhrum edə bilərlər, amma musiqi duyumumdan yox. Mən bir vaxt düşünürdüm, insanlar ölür, texnika sınır və xarab olur. Amma musiqi, bu dünyanın səsləri həmişə yaşayacaq...
 
Sənin dünyagörüşün necə dəyişmişdir? İİV sənin həyatının planlarına necəsə təsir edib?
 
Bəli, dəyişmişdir. İndi, həyatımda nə baş versə, hər şeydən razıyam. Doğrudan razıyam. Və fərq etmir – bu yaxşıdır, yoxsa pisdir. Əgər nəsə baş verdisə, deməli, mən bunu qazanmışam, əgər yox, onda mühakimə də yoxdur. Bəlkə də bu çox da düzgün deyil, amma nə bilim... Həm də İİV mənim planlarıma təsir etdi. Mən 10 sinfi bitirdim və sonra məktəbdən çıxdım. Nəticədə heç yerə daxil ola bilmədim. Mən təhsilsiz və işsizəm. Mən hər hansı bir iş tapmağı planlaşdırıram. Amma mən anlamışam ki, məktəb proqramına uyğun qiymətə görə oxuya bilmərəm. Başqa "axmaq” uşaqlarla bir sinifdə oturub oxumağı. Mən oxumağa hazıram, amma özüm üçün. Məmnuniyyətlə. Amma qiymətlər üçün, imtahan vermək üçün, sənəd almaq üçün ki, sonra instituta daxil olub ali təhsil almaq, və artıq daha sonra yaxşı iş tapmaq – bütün bunlar mənim üçün deyil. Mən bundan imtina edirəm. Əgər kimsə bunu həyatının mənasının əsas xətti hesab edirsə, onlara görə şadam. Bütün bunlara mənim fərqli baxışım var... Həyat planı belədir – yaşamaq, bu qədər. Onu da əlavə etmək istəyirəm ki, mənim çox tanışlıq saytlarına münasibətim dəyişmişdir, daha dəqiq desəm, orada olan insanlara. Mən həmişə özümdə qeyd edirdim ki, İİV müsət statusum var, amma insanlar buna çox qəribə reaksiya verirdilər. Yox, bu heç də qorxu deyildi. Mənə çoxlu qəribə mesajlar gəlirdi. Məsələn, çoxu mənə yazırdı ki, İİV-status qrafasında səhv etməmişəm ki. 70% düşünürdü ki, mən bilmədən, ya da təsadüfən İİV müsbət olduğumu qeyd etmişəm. Digər 25% düşünürdü ki, bu zarafatdır ya da aldatmadır. Mənə deyirdilər ki, mən dəliyəm və başımda hər şey yerində deyil, uzun müddət danışırdılar ki, belə mövzularda zarafat etmək olmaz. Siz bunu eşitdiniz? Onlar elə düşünür ki, mən belə əylənirəm. Bu mənə çox pis təsir etdi! Belə alınır ki, əgər sən öz İİV-statusun haqqında doğrunu deyirsənsə(təxminən mənim yaşımda, 16-17 yaşında), sənə inanmır və axmaq hesab edirlər. Mən oturub fikirləşdim və düşündüm ki, sakitcə bu qrafanı silə bilərəm, və başqa oğlanlar, bu barədə narahat olmayaraq, mənə yazacaqlar. Elə də oldu, silən kimi, o 70% düşündü ki, mən anketimdəki səhvi düzəltmişəm və cəsarətlə intim təklif etməyə başladılar. Bundan sonra mən çox saytdan çıxdım. Onlardan xoşum gəlmədi, saytlar yox, üzvləri. Və digər 5 % qaldı. Onlar ümumiyyətlə İİV -yə inanmır. Bəli, belə möcüzələr də olur. Deyirlər ki, virus mövcud deyil, bu qədər. Özləri üçün sakit yaşayırlar. Bax belə işlər...
 
Həyatnda nə dəyişmişdir? Gələcəyə hansı planların və arzuların var? Öz hobbin haqqında danış.
 
Mən vaxtımı qiymətləndirməyə başlamışam. Özümü daha çox qiymətləndirməyə başlamışam. Gələcəyə planlar məlum deyil... Arzum oxumaqdır, səhnədə çıxış etmək, amma mənim nə səsim, nə də musiqi duyumum o dərəcədə deyil. Bu iş üçün vəsaitim də yoxdur. Amma bu mənə oxumağa və arzuma doğru getməyə mane olmur. Mən bunu ilk növbədə özüm üçün edirəm. Ümid ən axırıncı ölən olur... Oxumaq – elə mənim əsas hobbimdir. Həm də xarici dilləri öyrənirəm, bundan başqa astrologiya ilə maraqlanıram. Musiqi haqqında da unutmuruq – bu mənim üçün hər şeydir.
 
Əgər kiminləsə münasibətdə olmağı planlaşdırırsansa, sənin partnyorunun İİV müsbət olmağı lazımdır, yoxsa bu vacib deyil?
 
Mən düşünürəm ki, bu vacib deyil. Sevgi üçün maneə yoxdur, və həm də sevgidə yaş fərqi yoxdur. Partnyorunun İİV müsbət olub-olmamağı heç nəyi dəyişmir. İnsanları İİV müsbət və İİV mənfilərə bölmək lazım deyil. Bu axmaqlıqdır. Mən hələ sağlam olanda, İİV müsbət oğlanla görüşməkdən və ya onu öpməkdən qorxmurdum. Mən hələ erkən uşaqlığımda bilirdim ki, cinsi yolla ya da qan ilə xəstələnmək olar.
 
Öz yaşıdlarına nə məsləhət verə bilərsən?
 
Hər şeyi dadmağa tələsməyin. Özümdə anladım ki, biz kinoda yaşamırıq. Halbuki, mənim həyatım – başdan ayağa kinodur, amma buna heç kəs baxmaz. Və daha bir asan məsləhət – prezervativlərdən istifadə edin. Çətin şey deyil... Həm də sizə bunu demək istərdim... "Bizdə olanda, qiymətləndirmirik, itirəndə, təəssüflənirik.” Bəli! İnanın, bu 200% belədir. Mən bundan əmin olmuşam.


Gay.Az
Həmid Teo
Теги: Gey, İİV
Поделиться статьей:

Подписывайтесь на первый информационо-познавательный ресурс для ЛГБТ - граждан Азербайджана - LGBT Azerbaijan Gay.Az
Facebook  Вконтакте  Twitter  YouTube


Всего комментариев: 1
Yusuf01.01.2013 22:50 Спам
Coox teessuf ama her sey ne qeder tez olsa o qeder de yaxsi olur bezen (( her seyi itirmek riski ile uz-uze olsaqda(((( cry cry 0  
Имя *:
Email:
Код *: